“Goranboy qatili”nin qardaşı və atasının ölüm – Təfərrüatı

3-11-2014, 21:17   


Goranboyun Səfikürd kəndində 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşının intiharı və atasının qəfil ölümünün təfərrüatı məlum olub.

intihar edən 1989-cu il təvəllüdlü Afiq Müzəffər oğlu Hüseynov ailəli olub. Onun iki övladı var. Kənd camaatı Hüseynovlar ailəsində onu istisna edərək tərbiyəli, sakit bir insan kimi xarakterizə edirlər.

Məlumatda bildirilir ki, məlum hadisələrdən sonra polis hər hansı insident baş verməsin deyə, Hüseynovları Səfikürdə buraxmırdı. Lakin noyabrın 3-ü günorta saatlarında Afiq Hüseynov kəndə gəlməyə müyəssər olub. O, atasının yaşadığı evin həyətinə girib və özünü burada asıb. İntihar xəbərini alan atası Müzəffər Hüseynov isə onu özünü asmış vəziyyətdə görəndə ürəyi dayanıb.

İntihar edən gəncin ailəsində hər hansı problemi olmadığı bildirilir. Onun intiharına səbəb kimi qardaşının törətdiyi cinayət və kənd yerində qətliamdan sonra ailənin gözdən düşməsi olub. 25 yaşlı oğlan bu ağır faciəni qəbul edə bilməyib, nəslin adına ləkə gətirildiyini düşünərək intiharı seçib.

Asifin intihardan əvvəl atası Müzəffər ciddi mübahisə etdiyi haqqında da xəbər yayılıb. Bildirilir ki, Asif ailənin bu hala düşməsində həm də atasını suçlayıb və buna artıq dözmədiyini bildirib.

Axar.az-a gələn xəbərə görə, onların dəfn mərasimi sabah - noyabrın 4-də öz kəndlərində təşkil olunacaq.

Yada salaq ki, Hüseynovlar ailəsində bu, ikinci belə intihar hadisəsidir. Yeddi nəfərin qətlindən daha əvvəl Müzəffərin Şaiq Hüseynov adlı oğlu da özünü asıb. Buna səbəb kimi onun ailədaxili problemlərinin olması göstərilir.

İntihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib.

Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.