Türkiyədə Aşura noyabrın 3-də keçirilib.
Axar.az xəbər verir ki, ən böyük Aşura tədbirləri İstanbulun Zeynəbiyə prospektində baş tutub. Hüquq-mühafizə orqanları Halkalı Arena Meqa salonunun mühafizəsini təmin ediblər. Çox sayda Əhli-beyt tərəfdarı səhər saat 10:00-dan Halkalıya axışıb.
Küçələrdə ehsan çadırları qurulub. Tədbir Zeynəbiyə gənclər təşkilatı, Zeynəbiyə məscidi və Zəhra Ana qadınlar təşkilatı tərəfindən təşkil edilib.
Tədbirdə xarici səfirliklərin nümayəndələri, ruhanilər, ictimai siyasi xadimlər, jurnalistlər və sadə insanlar iştirak ediblər.