Azərbaycanda Yezidi haqlı hesab edənlər də var imiş -FOTO

3-11-2014, 22:14   


Sabah Aşuradır. Həmin gün İslam tarixinin ən böyük faciəsi yaşanıb. Hakimiyyəti qəsb etmiş Müaviyənin oğlu Yezid qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirdikdən sonra ona beyət etməyən Həzrəti İmam Hüseyni (ə) və tərəfdarlarını mühasirəyə alıb qətlə yetirmişdir.

Ötən 1400 il ərzində istər sünni, istərsə də şiə məzhəbindən olsun bütün müsəlman dünyası Yezidi lənətləməkdədir. Yezid həmişə lənətullah, Allahın lənətinə gəlmiş olaraq xatırlanır. Ancaq maraqlı budur ki, Azərbaycanda Yezidi İmam Hüseynə qarşı törətdiyi cinayətdə haqlı hesab edənlər də var.

abubakr-mescidi.com saytının forumunda bir istifadəçi “Qamet qardash HUSEYIN(r.a) Yezidin davasinda haqli kim idi sizin fikrinizce” sualını verib. Sualın cavabı isə çox maraqlıdır. Sualın cavabında bildirilib ki, “Haqlı Yezid idi, çünki o artıq xəlifə idi və ümmətin əksər hissə, hətta böyük səhabələr ona beyət eləmişdilər.”

SALAM ALEYKUM QAMET QARDASH.
1.Sual Qamet qardash HUSEYIN(r.a) Yezidin davasinda haqli kim idi sizin fikrinizce.
2.Sual Haci Zulfiqarnan sizin qardashinizin behsinde qardashiniz cox yerde cavab vere bilmedi.yani ustunliy zulfiqar terefindeydi
3.Sual qamet qardash islam tarixin derinden arashdirmaq ,hersheyi etrafli oyrenmek tehlil etnek,analiz etmek olarmi.Bileki kim yaxshi olub kim pis olub.Kimin ne qabahetleri olub,sefleri olub.
4.Sual hansi dunyavi elimleri oyrenmek haramdir ve yaxuda mekruhdur.
Allah razi olsun cox sagolun

Sual-cavabı buradan izləmək olar:


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Haqlı Yezid idi, çünki o artıq xəlifə idi və ümmətin əksər hissə, hətta böyük səhabələr ona beyət eləmişdilər.
2. Xeyr, qardaçlm nə lazım idisə, cavab verdi, sadəcə əks tərəf ona yersiz iradlar tutdu, hansıları ki, həmin adam özü bir qədər əvvəl Samin qardaşla söhbətində eləmişdi.
3. Bunu etmək hər bir kəsə vacib deyil, müəyyən bir qism edə bilər.
4. Şəriətə zidd olan elmləri öyrənmək olmaz. Qalan elmləri olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.