Lənkəranda bu dəqiqələrdə izdihamlı Məhərrəmlik yürüşləri keçirilir. Şəhərin müxtəlif küçələrində şiələr Aşura nümayişləri təşkil edirlər, ehsanlar paylayırlar.
bu axşamdan başlayaraq noyabrın 4-ü, səhər saat 12:00-ə qədər əzadarlar yatmırlar, Aşura mərasimini qeyd edirlər. Onlar bununla İmam Hüseyn külfətinin matəminə şərik olduqlarını diqqətə çatdırırlar. Səhər saat 12:00-da isə qətl sınır və hamı dağılışır.
Müxbirimiz bildirir ki, həmin gün axşam saatlarında yenidən əzadarlar məscidlərin önünə toplaşaraq, “şami-qəriban” mərasimi təşkil edirlər, şəbehlər göstərirlər.
Artıq on gündür ki, cənub şəhərində şiələr hər axşam saatlarında əldə ələmlər, plakatlar, səsgücləndirici ilə şüarlar səsləndirərək nümayiş göstərirlər.
Lənkəranda Tasua və Aşura mərasimləri xüsusi qeyd olunur. Axar.az “İslamazəri”yə istinadla o yürüşlərdən birinin video görüntüsünü təqdim edir.
[media=http://www.youtube.com/watch?v=PQpg7BkDk9Q]