NATO Rusiyaya meydan oxudu

3-11-2014, 22:41   
NATO Rusiyaya meydan oxudu
"Rusiya qırıcıları tez-tez Avropaya girir, NATO-nun cavabı kəskin olacaq"

Dünya Son zamanlar Rusiyanın qırıcı və bombardmançıları tez-tez Avropanın hava məkanına daxil olmağa başlayıb.

bu cür bəyanatı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı (BŞQ) Filip Bridlav brifinqdə çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, son zamanlar belə müdaxilələrin sayında ümumi artım müşahidə olunur.

"Mənim fikrimcə burada diqqət çəkən fakt odur ki, əvvəllər hava məkanını kiçik qrup təyyarələr pozurdu - bəzən bir və ya iki. Lakin ötən həftə biz daha böyük qrupların həva məkanına daxil olduğunun muşahidə etdik. Onlar daha da təxribatçı marşrutlardan istifadə edərək bir qədər də dərinə hərəkət etdilər", - deyə Bridlav bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.