İngilislər Avropa Birliyindən ayrılmaq istəyir

3-11-2014, 23:14   

Böyük Britaniya sakinlərinin yalnız 37 faizi krallığın Avropa Birliyi tərkibində qalmasını istəyir.

Axar.az xəbər verir ki, bu, YouGov-un keçirdiyi yeni sorğunun nəticəsində üzə çıxıb. Avroskeptiklərin əksəriyyəti Uelsdə və Midlends regionunda yaşayır: bu rayonların əhalisinin üçdə bir hissəsi birlikdə qalmaq, təxminən yarısı isə ayrılmaq istəyir.

“Herald Scotland” mərkəzin tədqiqat xarakterli yeni sorğusuna əsasən yazır ki, britaniyalıların 47 faizə yaxını müvafiq islahatlar aparılarsa, AB-dən ayrılmağa səs verəcəklərini bildiriblər. Amma şotlandiyalıların əksəriyyəti AB-də qalmaq istəyir.

Ria Novosti qeyd edir ki, YouGov mütəxəssisləri Böyük Britaniya ərazisində 1808 nəfər həddi-buluğa çatan şəxsi sorğuya cəlb ediblər ki, onların da 157 nəfəri Şotlandiyada yaşayır. Bütövlükdə Böyük Britaniyada sorğuda iştiak edənlərin 47 faizi, Şotlandiyada isə 28 faizi AB-dən ayrılmağa səs veriblər.

Şotlandiya siyasətçisi Nikola Sterjenin fikrincə, krallığın AB-dən ayrılmasına dair referendum qaçılmaz olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.