Ata həmin kişini öldürmək üçün 2 ay gözləyib
Növbətçi Hindistanda baş verən bir cinayət hadisəsi qəribəliyi ilə diqqət çəkib.
qızına təcavüz edən adamı evinə dəvət edən ata onu işgəncə ilə öldürüb.
Hadisə Dehlinin şimal-şərqində yerləşn Xajuri Xas bölgəsində baş verib. Belə ki, 14 yaşlı qızının evində tək olan zaman 45 yaşlı bir kişi tərəfindən zorlandığını deyən ata polisə ifadəsində bildirib ki, qısas almaq üçün bu günü 2 ay gözləyib.
Kişidən qisas almaq üçün onu yemək adı ilə evinə gətirən ata onu kürsüyə bağlayaraq, dəhşətli işgəncə ilə öldürüb. Əvvəlcə onun cinsiyyət orqanını qızdırılmış maşa ilə yandıran ata önun öldüyünü görüb, sonra isə polisə təslim olub.
14 yaşlı qız ifadəsində bildirib ki, zorlanandan sonra 45 yaşlı kişi hadisəni heç kimə danışmaması üçün hədələyib. Lakin qız həmin axşam atasına hadisə barədə məlumat verib. Ata qızına heç nə olmamış kimi davranmağı və qısas anını gözləməyi məsləhət bilib.
Qızına təcüvaz edilməsi ilə bağlı niyə polisə şikayət etmədiyinin səbəblərinə aydınlıq gətirən ata bildirib ki, polisə şikayət etsəydi, qonşuları qızını günahkar bilərdilər.