İngiltərə hökuməti İraq və Suriyaya gedərək İŞİD tərkibində vuruşan vətəndaşları üçün gözlənilməz qərara imza atıb.
hökumət bundan sonra peşman olub ölkəsinə dönən terrorçuları əfv edəcəyini bildirib.
“Teleqraf” (“The Telegraph”) qəzetinin verdiyi məlumata görə, İngiltərənin keçmiş xarici işlər naziri Vilyam Heyq bu terrorçuların İngiltərə üçün heç bir təhlükə törətməyəcəyini bildirərək, onlara yardım ediləcəyini açıqlayıb:
“Bu şəxslər Britaniyada hər hansı təhlükə yaratmadıqları təqdirdə onlara kömək ediləcək. Hökumətin bu şəxslərə yardım etmək fikri var”.
Cari ildə İraq və Suriyaya gedənlərlə əlaqəsi olan 200-dən çox adamın həbs olunduğunu xatırladan keçmiş nazir bu addımın müsbət nəticə verəcəyini bildirib.
Xatırladaq ki, indiyədək 500-dən çox Britaniya vətəndaşının İŞİD-ə qoşulduğu təxmin edilir. Baş nazir Kemeron bir müddət öncə açıqlamasında onları geri qayıdacağı təqdirdə Böyük Britaniyanın problemlər yaşayacağını bildirərək, terrorçuların dönüşünü mümkünsüz saymışdı.