“Barak Obama və administrasiyasının xarici siyasət üzrə fəaliyyəti təkcə ABŞ-ın bir sıra konkret ölkələrlə münasibətərinə zərbə vurmur, həmçinin dövlətin milli təhlükəsizliyinə təhlükə törədir və dünya arenasında imicinə mənfi təsir göstərir”.
Axar.az RİA Novostiyə istinadla bildirir ki, bu fikirləri “Vaşinqton Post”un şərhçisi Cennifer Rubin bəyan edib. O, məqaləsində yazır ki, ABŞ prezidentinin administrasiyası və onun Demokratlar Partiyası xarici siyasət məsələlərində cəsarətsizlik nümayiş etdirir.
Rubin Amerika siyasətçilərinin qorxaqlığına misal kimi Prezident Administrasiyasının yüksək rütbəli nümayəndələrindən biri tərəfindən İsrailin Baş naziri Benyamin Hetanyahunun ünvanına söylənilən olduqca bitərəf anonim fikirləri və digər demokratların, ən başlıcası isə Barak Obamanın özünün, demək olar ki, heç bir reaksiya verməməsini göstərib.
“Bütün bunlar müttəfiqlərimizlə münasibətlərimizə ciddi təsir göstərib. Ona görə yox ki, onlar Netanyahunu sevirlər, ona görə ki, baş verənlər administrasiya nümayəndələrinin təcrübəsizliyindən, intizamsızlığından və etibarsızlığından xəbər verir”, - deyə Cennifer bildirib.
Xatırladaq ki, bu yaxınlarda KİV Ağ Evin naməlum nümayəndəsinin İsrail Baş naziri Benyamin Netanyahunu qorxaq adlandırdığını yayımlamışdı.