ŞİD-ə milyon dollar ödədilər

4-11-2014, 07:03   
ŞİD-ə milyon dollar ödədilər
Sonuncu dəfə 2 qadın, 5 kişi 30 min dollar qarşılığında qaytarılıb

Dünya İraq Kürd Yerli Administrasiyası (İKYA) İŞİD terror qruplaşmasının girovluğunda olan yezidiləri qurtarmaq üçün 1,5 milyon dollar ödədiyini açıqlayıb.

İraq Kürd Yerli Administrasiyasının (İKYA) nümayəndəsi Nuri Osman indiyə qədər 234 Şənqallı (Sincar) yezidi kürdün İŞİD-in əlindən qurtarıldığını, onlardan 150-nin qadın olduğunu söyləyib.

O, sonuncu dəfə 2 qadın, 5 kişini 30 min dollar qarşılığında qaytardıqlarını bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının Şənqal rayonuna hücumu nəticəsində on minlərlə yezidi kürd evlərini tərk edib, yüzlərlə yezidi isə silahlılar tərəfindən girov götürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.