Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Sovet ordusunu Qızıl Meydana çıxardır – Foto

4-11-2014, 07:20   
Putin Sovet ordusunu Qızıl Meydana çıxardır – Foto


Rusiya 7 noyabr 1941-ci ildə faşist Almaniyasına qarşı “Qızıl ordu”nun meydana toplanaraq hücuma keçməsinin 73 illiyini qeyd etməyə hazırlaşır.

mərasimə hazırlıq görən 6 mindən artıq ordu qüvvəsi o vaxtkı Sovet hərbi geyimlərində çıxış edəcək.

Təlim-məşq tədbirlərinə cəlb olunan tank, tüfəng və toplar da parada hazırlıq üçün meydana gətirilib. Mərasimdə İkinci Dünya müharibəsi dövründə istehsal olunmuş T-34 tipli tanklar da nümayiş etdiriləcək.

Xatırladaq ki, 1941-ci ildə Stalin Oktyabr inqilabının ildönümü münasibəti ilə “Qızıl Meydan”da rəsmi hərbi parad keçirdi. Alman ordusunun Moskvanın 27 kilometrliyinə qədər gəlməsinə və Hitlərin mərasimi pozmaq üçün aviazərbə göstərişlərinə baxmayaraq, Stalinin bu paradı keçirməsi dünyada əks-səda doğurdu.

Parad Sovet İttifaqının hərbi-psixoloji üstünlüyü ələ almasına hesablanmışdı və Stalin buna nail oldu.

Hitler hərbi paradın keçirildiyini eşitdikdə həddən artıq əsəbiləşmiş və sarsılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar