Ağ ev: "Rusiya üçün yeni sanksiyalar tətbiq edilə bilər"
Dünya "Əgər Rusiya Minsk razılaşması üzrə öhdəliklərinə məhəl qoymamağa davam edərsə, onun üçün yeni sanksiyalar tətbiq edilə bilər."
bu barədə Ağ evin bəyanatında bildirilir.
ABŞ Ukraynanın şərqində keçirilən qeyri-qanunu səsverməyə görə Rusiyanı ittiham edib. Ağ ev yanında Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mixen deyib ki, biz Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından narahatıq. Bu, saxta seçkilərin leqallaşdırılmasına cəhddir.
Ukrayna hakimiyyəti isə Luqanskda və Donetskdə keçirilmiş seçkilərin Minsk razılaşmasına zidd oduğunu və Ukrayna qanunvericiliyini pozduğunu bildirib. Qərb də bu mövqeyi dəstəkləyib. Avropa İttifaqı da bu seçkiləri qeyri-qanuni sayıb, qondarma DNR LNR tanımaq niyyətində olmadığını bildirib.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 3-də verdiyi bəyanatında rəsmi Moskvanın Ukraynanın cənub-şərqində keçirilmiş seçkiləri qanuni hesab edib.