Doğuşda ölən qadının ailəsindən ittiham

4-11-2014, 13:05   


Qusar sakinləri 36 yaşlı ananın icazəsiz əməliyyat edildiyini deyr

Növbətçi Ötən gün axşam saatlarında doğuş zamanı ölən qadının iki övladı qalıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Qusar rayon sakini Zərnişan Dəmir qızı Aslanova 10 gün öncə doğuşla bağlı olaraq Quba Rayon Perinatal Mərkəzinə göndərilib. Ona göndəriş Qusar Rayon Mərkəzi Xəstəxanasından verilib.

Z.Aslanova Qusar rayonunun Filoba kənd sakini olub. Onun 15 yaşlı qızı, 17 yaşlı oğlu olub.
Noyabrın 2-də axşam saatlarında isə o 3-cü övladını dünyaya gətirib.

Ailə qadının ölümündə həkimləri günahlandırır. Belə ki, onların sözlərinə görə, doğuş normal keşib. Lakin onlara xəstəni görməyə icazə verilməyib. Ötən gün onlar yenidən xəstəxanaya getsələrdə Z.Aslanovanı görə bilməyiblər.

Ailə üzvləri evə qayıdanda onlara xəstəxanadan zəng edərək xəstənin vəziyyətinin pisləşdiyi deyilib.

İddialara görə, qadın ailənin icazəsi olmdan əməliyyat edilib və uşaqlığı çıxarılıb.

Qeyd dək ki, buson bir ayda Qubada ikinci, ilin əvvəlindən isə üçüncü belə hadisədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.