Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar - eksklüziv

4-11-2014, 13:18   


Ölkəmizdən "CİHAD" yolçuluğunun yeni marşrutu; İŞİD üçün Türkiyə yolu qapandı, Pakistan yolu açıldı; Azərbaycan hakimiyyəti "cihad"a gedənləri saxlamamaq barədə qərar qəbul edib; "şəhid" olmağa gedənlər avtomatlarını da öz pullarına alırlar; dünyanın 1 saylı mövzusu barədə şok bilgilər...
Qərbin İŞİD-ə qarşı taktika dəyişdirdiyi barədə məlumatlar ciddiləşməkdədir. Bu yeni taktika gedənlərə mane olunmaması, qayıtmağı qeyri - mümkün etmək, imkan tapıb qayıdanları isə həbs etmək və s. vasitələrlə cəmiyyətdən təcrid edilməsindən ibarətdir. Artıq getmək istəyən “cihadçılara” Avropa ölkələrində də xüsusi baryer qoyulmur. Məqsəd cəmiyyəti “özünü təmizləmək”dən məhrum etməmək və “sivilizasiyalı cəmiyyəti” son bir neçə on ildə İslam radikalçılığı şəklində toplanmış gərginliyindən xilas etməkdən ibarətdir.

Ümumiyyətlə, “İŞİD” eksperimentinin xüsusilə Avropada toplanmış həmin gərginlik daşıyıcılarının öz ölkələrində hərəkətə keçirəcək “fitvaları” gözləmədən “ölüm düşərgələrinə” göndərilməsi məqsədilə düşünüldüyü irəli sürülür. Bir istisna müşahidə olunur. ABŞ bu məsələdə vətəndaşlarını hələ də “qoruyur”. ABŞ xüsusi xidmət strukturları “cihad” çağırışlarına gedən amerikalıları hətta Türkiyə, Almaniya və başqa ölkələrdə də yaxalayıb, geri qaytarır.

Bizə daxil olan sensasion informasiyalara görə, Azərbaycan xüsusi xidmət orqanları da onlara ekspertlik edən xarici ekspertlərin tövsiyəsi ilə ölkədəki vəhhabi və Suriyada savaşa getmək istəyənlərlə bağlı haqqında danışılan həmin yeni taktikanı qəbul etmək üzərində siyasi rəhbərlik qarşısında məsələ qaldırıb. Bu barədə “Yeni Müsavat”a adının açıqlanmaması şərti ilə mötəbər mənbədən məlumat daxil olub. Onun iddiasına görə, əgər əvvəllər radikal vəhhabilərə qoşulan, “cihad” çağırışına gedən vətəndaşlarımızın ölkədən çıxmasına, Türkiyə üzərindən savaş meydanına girməsinə maneçilik törədilirdisə, indi durum dəyişib. Qərar verilib ki, ölkədən çıxıb gedənlərə heç bir maneçilik törədilməsin. Hətta xüsusi xidmət orqanlarında və polisdə əməliyyat məlumatları olur, dəqiq bilinir ki, kimlərsə getmək hazırlıqları içindədirlər - bu zaman da müdaxilə etmirlər.



Xatırladırıq ki, hətta bir qədər əvvəl bu barədə məlumat getmişdi ki, xüsusi xidmət orqanları Suriyaya getməyə hazırlaşan radikalların ev ünvanlarına qədər hər şey məlumdur. Bildirilirdi ki, getmək istəyənlərin hamısı nəzarət altındadır. Lakin cəmiyyətdə gözlənilən iri proflaktik əməliyyatlar həyata keçirilmədi. Aydındır ki, sıravi “cihad” döyüşçüləri məlumdursa onları cəlb edən şəbəkə və liderlər də məlum olmalıdır. Belədirsə, nə üçün onlara maneçilik törədilmir. Rəsmi Bakını daha çox narahat edən bu cür gedişləri təşkil edən şəbəkələr və onların maliyyə qaynaqları olması təbiidir. Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində bir daha bəyan edib ki, radikal dini qrupları maliyyələşdirən mənbələr sıradan çıxarılacaq. Komitə sədri bununla bağlı müvafiq araşdırmaların aparıldığını daha əvvəl də bildirmişdi, indi isə qəti olaraq bu mənbələrin sıradan çıxarılacağına işarə edir. Bu da onu göstərir ki, hakimiyyət terroru maliyyələşdirən mənbələrlə də bağlı ciddi bilgilərə sahibdir. Lakin hələ yayda həyata keçiriləcəyi deyilən əməliyyatlar o dərəcədə ləngidilir ki, hətta onun gündəmdən çıxması ehtimalı daha ağlabatan görünür.
Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar -  eksklüziv

Bizə çatan bilgilərə görə, hazırda hökumətin əsas diqqətində olan məsələ radikal cihadçıların getməsi yox, onların geri qayıtmasıdır, çünki artıq dünya ölkələri terrorçuların geri dönməsi ilə bağlı həyəcan təbili çalırlar. Hazırda dövlətin müvafiq strukturları da daha çox gedənlərin geri dönməsinə qarşı əməliyyat hazırlığı görürlər. Belə ki, geri dönənlər dərhal nəzarətə alınır və həbs olunur. Sentyabrın sonlarında MTN 26 Azərbaycan vətəndaşını həbs etdiyini açıqlamışdı. Bu insanların böyük hissəsi Suriyada döyüşlərə qatılan ölkə vətəndaşları idi.
Əldə etdiyimiz məlumata görə, hazırda “cihad”çıların Azərbaycandan çıxıb Suriya və İraqa getmək marşrutları da dəyişib. Mətbuatdan da məlum olduğu kimi, proses əvvəl Türkiyə üzərindən baş verirdi. Ötən 3 ildə Azərbaycan vətəndaşları Naxçıvan, eləcə də Gürcüstan üzərindən avtobusla Türkiyə ərazisinə keçir, burda isə Suriya ilə sərhədə gedərək burdan rahat şəkildə sərhədi keçərək “cihad” qruplarına qoşulurdu. İddialara görə, Türkiyənin xüsusi xidmət orqanları ölkə ərazisini açıq qapı elan etmişdilər - Bəşər Əsəd rejiminə qarşı dünyanın hər yerindən gələn “cihadçılar”a hər cür şərait yaradılırdı ki, onlar Suriyaya keçib, İŞİD, “əl-Nusra” və digər savaşçı qruplara qoşulsunlar... Sonradan daha bir marşrut Rusiya üzərindən qeydə alındı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.