Bu gün Sabirabad rayonunun Minbaşı kəndində dini zəmində təxribat hadisəsi törədilib.
Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə, bir dəstə vəhhabi (sələfi) təriqətindən olan şəxs kənddəki məscidə hücum edərək, Aşura mərasimini pozublar və məscidin avadanlıqlarını dağıdıblar.
Təxribatçılara müqavimət göstərənlərlə onların arasında qarşıdurma, dava-dalaş olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının işçiləri cəlb edilib.
Qeyd edək ki, bu gün islam peyğəmbərinin sevimli nəvələrinin Kərbala çölündə qətlə yetirilməsinin növbəti ildönümüdür və şiə məzhəbinə tapınan insanlar dünyanın, eləcə də ölkəmizin hər guşəsində bu faciəvi günü qeyd edirlər.