Məmmədovların ətrafındakı qətllərin ilginc xronologiyası

4-11-2014, 13:43   
Məmmədovların ətrafındakı qətllərin ilginc xronologiyası
Nazirin özünün və oğlunun mühafizəsində olmuş bir neçə şəxs sonradan müəmmalı şəkildə öldürülüb; bu olayların heç birinin üstü açılmayıb
2013-cü ilin iyul ayının 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin bir köşə yazısı dərc edildi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi.

“Azeri Bakanın türk korumasına ne oldu?” başlıqlı yazıda bildirilirdi ki, İsmayıl Gənc adlı mühafizəçi Anar Məmmədovun başqa cangüdənləri ilə atışma zamanı güllə yarası alıb və onun harada olduğu, öldüsü-qaldısı bəlli deyil. Bundan sonra “Yeni Müsavat” qəzeti olaraq dəfələrlə yazılar dərc etdik. Nazir oğlunun vəkili Ruslan Məmmədov hər dəfə “Hürriyet” qəzetinin təkzib verəcəyini söylədi. Təkzib isə olmadı, sadəcə R.Məmmədovun qəzetə göndərdiyi mövqe dərc edildi.

“Hüriyyet” isə bugünlərdə sözügedən olayla bağlı daha ətraflı yaydımüfəssəl məlumat yaydı. Məlum oldu ki, ötən il mayın 14-də Antalyada, Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının və , “Garant Holding”in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında qanlı olay yaşanıb. Hadisə A. Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddəki zabit İsmayıl Gənclə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında baş verib. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb. 2013-cü il, dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb. Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, A. Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o bundan imtina etdim. Kubilayın bildirdiyinə görə, A. Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. A. Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Azərbaycandan Türkiyəyə köçürdüyü qara pullardan oğurlayırmış.

K. Gölün bildirdiyinə görə, o, İ. Gənci öldürməkdən imtina etsə də, bir müddət sonra onunla üz-üzə gəlməli olublar. K. Göl istintaqa deyib ki, bu para oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün onlar İ. Gənclə Antalyadakı Əski Sənaye deyilən yerdə görüşüblər. Mübahisə silaha qədər böyüyüb. Mühafizəçi istintaqçılara “Mən vurmasam, o məni vuracaqdı”- deyib.

İ. Gənc Məmmədovlar ətrafında olan və güllə yarası alan ilk mühafizəçi deyil. Hələ onu bəxti gətirmişlərdən də saymaq olar. Salyan qəbiristanlığında Anar Məmmədovun mühafizəçisi olmuş Nizami Dadaşov adlı şəxsin qəbri var. Bu şəxs 2000-ci ilin mayına qədər A. Məmmədovun mühafizəçisi olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib. Amma camaat arasında belə söhbət gəzir ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”.

N. Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir. Z. Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimiyyətdən gizlədilər. Məlum olan odur ki, 2008-ci ildə Nəsimi rayon prokuroru Aqşin Ziyadov dələduzluqda təqsirləndirilən Emin Əmirovun bu iş üzrə şahid qismində dindirilməsini tələb edib. Prokurorun sorğusuna əsasən E.Əmirovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə olan cinayət işi ona göndərilib. A.Ziyadov özü mətbuata deyib ki, E.Əmirov bu işdə yalnız şahid qismində dindirilir. Prokuror istintaq sirrinə əsaslanıb məlumat verməyib.

Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər.

Nazir oğlu A. Məmmədovun da ətrafında ölüm kabusu dolaşır. Bu il iyulun 11-də “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı.

Göründüyü kimi, Məmmədovların adı ətrafında bir sıra qaranlıq və müəmmalı qətl işləri var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.