Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda insanlığa yaraşmayan hərəkət edən şəxs saxlanıldı (VİDEO)

4-11-2014, 14:54   
Azərbaycanda insanlığa yaraşmayan hərəkət edən şəxs saxlanıldı (VİDEO)
Qazax polisi onun sonuncu əməli zamanı elə iş başında yaxalayıb

Kriminal Ağstafa rayonunda bankomatların qarşısında yaşlı insanlara kömək etmək adı ilə onların pensiya kartlarından pulları çıxarıb qaçan şəxsi saxlanılıb.
Qazax rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən keçirilən əməliyyat zamanı Yevlax rayon sakini Asim Həsənov saxlanılıb. Qazax polisi onun sonuncu əməli zamanı elə iş başında yaxalayıb.

Məlum olub ki, Ağstafa rayonundan əvvəl 10 rayonda da analoji əməl törədən 30 yaşlı Asim məhkumluq həyatı yaşayıb. Dələduzluq yolu 45 nəfəri aldadan Asim Həsənov iki ay öncə həbsdən çıxıb. Saxlanılan şəxsin Ağstafa rayonunda üç təqaüdçünün hesablarından 900 manatdan çox pul oğurladığı müəyyən edilib.

Qazax Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Kazım Poladov Polislər tərfindən saxlanılan Asim Həsənovun üzərindən 2200 ABŞ dolları nəğd pul və bir neçə vətəndaşa məxsus pensiya kartı da aşkar ediliyini bildirdi.

Hazırda onun digər cinayətlərinin olub- olmamasını rayon polis şöbəsi araşdırır.[media=http://www.youtube.com/watch?v=vd_bAqOIjIo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar