Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib və DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nazirin digər əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.
Yeni təyinatlarla bağlı məlumatları DİN-in mətbuat xidməti təsdiqləməyib.