Fransa prezidenti Olland Vladimir Putini Donetsk və Luqansk Xalq Respublikasının seçkilərini tanımamağa çağırıb.
Axar.az xəbər verir ki, Fransa Prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putini noyabrın 2-də Donbasda keçirilən və Ukraynanın ərazi bütövlüyünə toxunan seçkiləri tanımaq fikrindən daşınmağa çağırıb.
O, Rusiyanı cəzalandırmağın yeganə yolunun sanksiyalar olmadığını deyib:
“Mən Prezident Putini Minsk sazişi çərçivəsində qalmağa çağırıram. Avropa İttifaqının əsas məqsədi Moskvanı razı salmaqdır. Hazırda Rusiyaya qarşı sanksiyalar vacibdir, lakin bu, Rusiyaya verilən yeganə cavab deyil