Şok: ABŞ Əsədlə razılaşdı: istintaq dayandırıldı

4-11-2014, 15:47   

ABŞ hökuməti Suriya lideri Bəşər Əsədin törətdiyi iddia olunan cinayətləri araşdıran Beynəlxalq Cinayətlər Məhkəməsinə hər il ödədiyi 500 min dollar yardımı dayandırıb.

Axar.az xəbər verir ki, ABŞ-da yayımlanan “Foreign Policy” jurnalı bu barədə məlumat verərək Suriyada hərbi bazaları, həbsxanaları və hökumət binalarını araşdıran məhkəmə komissiyasının ABŞ yardımından məhrum olduğunu bildirib.

Jurnal ABŞ-ın daha İŞİD-in törətdiyi cinayətlərin araşdırılması üçün 1,6 milyon dollar maliyyə yardımı ayırdığını, lakin bu yardımın Əsəd cinayətlərinin araşdırılmasına şamil edilmədiyi məlumatını verib.

Bu barədə açıqlama verən Beynəlxalq Cinayətlər Məhkəməsinin sözçüsü Nerma Jelaçiç yardımın dayandırıldığını təsdiq edərək ABŞ hökumətinin Əsəd cinayətlərini vacib saymadığını açıqlayıb: “Bu mövzuda ABŞ-ın siyasətini bilmirik. Ancaq geniş müzakirələr nəticəsində məlum oldu ki, 2015-ci ildə araşdırmalarımızı davam etdirməyimiz üçün Dövlət Departamentinin Demokratiya və İnsan haqları Bürosu vəsait ayırmayacaq”.
Baş verən hadisə ilə bağlı Dövlət Departamentinin Müharibə Cinayətləri üzrə nümayəndəsi Stefan Rapp ölkəsinin yardımı kəsməsinin təşkilatla əlaqələri kəsmək olmadığını deyib: “Vaşinqton belə bir qərar verirsə, bu o demək deyil ki, əməkdaşlığı dayandıracağıq. İngiltərə, Danimarka, Almaniya, Norveç və İsveçrə hər il bu komissiyaya 5 milyon dollar vəsait ayırır. ABŞ olmasa, belə təşkilat işinə davam edəcək”.

Əsəd rejiminin törətdiyi cinayətlərin araşdırılmasının ABŞ tərəfindən dayandırılması analitiklər tərəfindən birmənalı qarşılanmayıb. Mütəxəssislər Ağ Evin Əsəd hökuməti ilə razılaşdığı qənaətinə gəlir.

Xatırladaq ki, 15 mart 2011-ci ildən bəri davam edən Suriya vətəndaş müharibəsində 200 mindən çox insan həlak olub, 150 min nəfərdən çox vətəndaş isə itkin düşüb. Müharibə nəticəsində 6,5 milyon insanın qaçqın düşdüyü təxmin edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.