4 milyard dollar dəyərində olan 104 mərtəbəli binanın hündürlüyü 540 metrdir. Sözügedən bina hazırda ABŞ-ın ən hündür binası hesab olunur.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzinin qoşa göydələnləri 2001-ci ildə "Əl-Qaidə" terror qrupu tərəfindən partladılıb. Partlayış nəticəsində 3000 nəfər həlak olub. Yeni binada isə "11 sentyabr"da həlak olanlara həsr olunmuş muzey açılıb.