Rusiya prezidenti Vladimir Putinin “Rossiya” bankındakı şəxsi hesabında olan 21 milyon dollar vəsaitə ABŞ-da həbs qoyulub.
bu barədə Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
“The Wall Street Journal” bildirir ki, Putinin aktivlərinin dondurulmasına Rusiyaya qarşı yeni sanksiyalar səbəb olub.
Adıçəkilən Amerika nəşrinin ekspertləri “CTC Media” şirkətinin maliyyə sənədlərini araşdıraraq müəyyən ediblər ki, Kiprdə qeydiyyatdan keçmiş “Telcrest İnvestments” firması “Rossiya” bankının nəzarəti altındadır. “CTC Media”nın səhmlərinin 25 faizi isə “Telcrest İnvestments” firmasına məxsusdur. Bu firma əsasən Nasdaq Fond Birjası ilə işləyir.
Ekspertlər “CTC Media”nın III rübə dair hesabatlarında “qeyri-tədavül aktivlərinin” həcminin 20,8 milyon dollar artdığını aşkarlayıblar. Bu isə səhmdarlardan birinə ödənilməli olan dividenddən başqa bir şey deyil. Dondurulan vəsait də elə həmin pullardır. ABŞ hesab edir ki, həmin aktivlərin dondurulmamsı Rusiyaya qarşı sanksiyalara qarşı çıxmaq demək olardı.
“The Wall Street Journal” yazır ki, həmin səhmdar “Telcrest İnvestments” firması, sonuncunun sahibi isə Putindir.