Necati Şaşmaz müalicəsini evdə davam etdirəcək
Məşhur "Kurtlar Vadisi Pusu" serialının qəhrəmanı Polat Alemdar rolunu canlandıran Necati Şaşmaz müalicəsini evdə davam etdirəcək.
serial cəkilişi zamanı keçirdiyi qəza səbəbindən çənəsində sınıq yaranan aktyor xəstəxanadan buraxılıb.
Medical Park Göztepe Xəstəxanasından verilən açıqlamada bildirilir ki, Necati Şaşmazın xəstəxanadakı müalicə müddəti tamamlanıb və o, bir müddət evində istirahət etməlidir.
Qeyd edək ki, aktyorun 4 həftə film çəkilşlərinə qatıla bilməyəcəyi deyilir.
Əsas aktyorlarını bir müddətlik itirən filmin ssenaristləri serialın yeni bölümlərində Polat Alemdarın guya xarici ölkələrə qaçması səhnəsi fonunda işlərini görəcəklər.