Rostovda nüvə stansiyasında qəza panikaya səbəb olub
Dünya Rusiyanın Rostov şəhərində yerləşən nüvə stansiyasında baş verən qəza əhalidə panikaya səbəb olub.
elektrik xətlərində yaranan qısapanma nəticəsində stansiyanın 2 enerji blokunun fəaliyyəti dayandırılıb.
Rusiya səlahiyyətləri narahatçılıq üçün bir səbəb olmadığını bildiriblər.
Qeyd edək ki, Rusiyanın atom elektrik stansiyalarında qəza riski yüksək qiymətləndirilir. Çernobil faciəsi zamanı yaşananların Rostovda təkrarlanacağı ehtimalı yüksək olduğundan yayılan xəbər Türkiyə və Ukraynada da həyəcana səbəb olub.
Qərb mediası hesab edir ki, Rusiya Çernobıl faciəsi zamanı olduğu kimi bu dəfə də məlumatları gizlədə bilər.