“İŞİD-in məqsədləri və onlara çatmaq vasitələri Məhəmməd peyğəmbər, eləcə də onun davamçılarının əmrlərindən tamamilə uzaqdır”.
Bu sözləri Axar.az-a açıqlamasında “Politrus” saytının təsisçisi, siyasi analitik Vitali Arkov deyib.
O, İŞİD-in bütöv qruplaşma olmadığını, onun bir neçə qrupa bölündüyünü söyləyib:
“Bəli, İŞİD-in döyüşçüləri formal olaraq müsəlman hesab edilirlər və onların liderləri öz adlarını Qurandan istinad edib götürürlər. Amma onların məqsədləri və məqsədə çatmaq vasitələri Məhəmməd peyğəmbər, eləcə də onun davamçılarının əmrlərindən tamamilə uzaqdır. İŞİD, bundan əvvəl isə Əl-Qaidə - orta əsrlərdəki “xaç yürüşləri”nin müasir variantıdır, hansı ki, Vatikan onları “Allahın sözü” ilə bəzəyərək Asiyaya soyğunçuluq üçün göndərirdi. Buna görə də cəngavərlər onların əmrlərini yerinə yetirməkdən çəkinmirdilər. İŞİD ABŞ-ın proyektlərindən biridir. Bu işi əvvəllər Əl-Qaidə və Taliban həyata keçirirdi və sonradan onların üzərində total nəzarət itirilmiş oldu. Amma mən deməzdim ki, Vaşinqton İŞİD üzərindəki təsirini tam itirib. Bu təşkilatda tam birlik yoxdur və bir neçə qrup fəaliyyət göstərir. Məsələn, bu qruplar arasında Səudiyyə Ərəbistanından olan pullar uğrunda ciddi hərbi toqquşmalar gedir”.
Politoloq İŞİD-in hələ də Xəzər regionu üçün təhlükəli olduğunu bildirib:
“Ona görə də ABŞ və onun müttəfiqləri İraqda İŞİD-in bir qruplaşması ilə vuruşub, bu məqamda digər qanad Vaşinqtonun xahişi ilə Bəşər Əsəd rejimini devirməklə yanaşı, üçüncü qrup Xəzər regionunda situasiyanı destabilləşdirməyə çalışır. Buna görə də İŞİD tərəfindən Rusiya və Azərbaycana təhlükə çox böyükdür. Birincisi, ona görə ki, Vaşinqton yenidən Moskva və Bakını özlərinin sərbəst siyasətinə görə, Rusiyaya sanksiyalar yeritdiyi kimi, yad əllər olan İŞİD döyüşçüləri vasitəsilə terrorlar törətməklə cəzalandıra bilər. İkincisi isə, radikal yönlü islamçıların arasında fanatiklərin olmasını da yaddan çıxarmaq lazım deyil. Onlar İŞİD-in haqq uğrunda təbliğatını qəbul edərək, İŞİD-in bayrağı altında özləri üçün “dinsizlərə qarşı mübarizə”ni başlamağı borc hesab edə bilərlər”.