Savaş yenidən başlayır

4-11-2014, 23:50   
Savaş yenidən başlayır
Ukrayna prezidenti qoşunları ölkənin şərqinə göndərməyi əmr edib
prezidenti Pyotr Poroşenko qoşunları Mariupol və Xarkovun müdafiəsinə göndərməyi əmr edib.
bu haqda Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasında çıxışı zamanı bildirib.

Ukrayna prezidenti ölkənin şərqində vəziyyətin yeni ssenarisinə hazırlaşır.

"Ali Baş Komandan kimi müdafiə nazirinə və baş qərargah rəisinə tapşırıqlar verdim. Ölkənin şərqinə göndərilən qoşun Mariupol tərəfə mümkün ola bilən hücumun qarşısını almaqla məşğul olacaqlar”, - deyə Poroşenko bildirib.

Poroşenko vurğulayıb ki, Kiyev əvvəlki kimi vəziyyətin nizama salınmasının, sülhün tərəfdarıdır.

"Ukrayna Minsk razılıqlarına dəqiq riayət etməyə çox məsuliyyətlə yanaşacaq. Amma bu o demək deyil ki, Ukrayna qətiyyətli hərəkətlərə hazır olmayacaq", - deyə dövlət başçısı deyib.

Qeyd edək ki, Rusiya qoşunları da Ukrayna sərhədinə yaxınlaşır. Bu gün bu barədə NATO xəbərdarlıq edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.