Bərzaninin oğlu Türkiyəni şoka saldı

5-11-2014, 00:07   

"PKK-nı heç bir zaman terrorçu təşkilat hesab etməmişik"

Dünya Ərdoğan hakimiyyətinin dost hesab etdiyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin oğlu Məsrur Bərzani Avropa Parlamentində çıxışı zaman Türkiyəni şoka salıb.
peşmərgə ilə İŞİD arasında gedən döyüşlər barəsində danışan Bərzani bildirib ki, Qərbin terrorçu hesab etdiyi PKK-nı heç bir zaman terrorçu təşkilat hesab etməyiblər:

"Avropa Birliyinin terror siyahısında da PKK-nın adının olmasını dəstəkləmirik. Əvvəlcə prezident seçkiləri və girov böhranı var, deyirdilər. Bu səbəblə tam olaraq anlayışla qarşıladıq. Bütün bu zaman ərzində Türkiyəyə IŞİD-lə mübarizədə daha çox ümid bəsləyirdik və ümidimiz davam edir. Türkiyə qonşumuzdur, hərəkətə keçməsini və daha çox dəstək verməsini gözləyirik".

İŞİD-lə mübarizədə hava zərbələrinin yetərsiz olduğunu deyən oğul Bərzani kürdlərə lazımi kömək edilməməsindən şikayətlənib:

"İŞİD-lə azad dünya adına döyüşürük, lakin azad dünya bizi lazımi avadanlıqla təmin etmir. Bu terror təhdidinin sona çatması üçün və paytaxtlarına terror hücumları olmaması üçün kürdlərlə əl-ələ çalışmalısınız. İŞİD müasir silahlarla döyüşür. Peşmerge isə AK47 avtomatı ilə silahlanıb. Hava hücumları problemi həll etməz, quru əməliyyatlar lazımdır. İŞİD Bəşər Əsəd rejiminə kömək edir. Bəşər Əsəd rejimi bölgədə daha bir radikal təşkilatın yaranması ilə rahatladı. Ona görə radikal olmayan Suriya müxalifətinə dəstək verilməlidir".

Kürdlərin müstəqil dövlət olması barədə danışan Bərzaninin Avropa Parlamentində diplomatik məharətini göstərib: "Sizin üçün yaxşı olan kürdlər üçün də yaxşıdır".

Türkiyədəki kürdlərin hüquqlarını nəzərə alacaq çözüm müddətini dəstəklədiklərini deyən Məsrur Bərzani qeyd edib ki, proses sülh şəraitində həyata keçirilməlidir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.