Putin: “Ayı öz Tayqasını heç kəsə verməz”

5-11-2014, 00:58   
Putin: “Ayı öz Tayqasını heç kəsə verməz”
The Times” Ukraynadakı seçkiləri “qondarma” adlandırdı

“The Times” yazır ki, bazar günü Ukraynanın şərqində keçirilmiş seçki əslində demokratiyanın imitasiyasından başqa bir şey deyildi. Bu seçkinin yeganə məqsədi o idi ki, Putinə Ukraynaya təzyiq imkanı qazandırsın. NATO və Avropa Birliyinə can atan Ukrayna arzusuna çata bilməsin.

Putinin starateji vəzifəsi Ukraynanı həmişə qeyri-müəyyən vəziyyətdə saxlamaqdır.

“Qondarma Donetsk Xalq Respublikasında keçirilmiş qondarma seçki əlbəttə ki, qeyri-qanunidir. Seçkinin saxtakarlığından başqa orada seçicilərin siyahısı belə olmayıb. Seçkini isə sağ və sol radikalar izləyib. Bu seçki Ukrayna konstitusiyasına ziddir və Minskdə əldə olunmuş sülh razılaşması ilə də uzlaşmır. Bu seçki cıdır yarışina bənzəyirdi və bu yarışda yalnız bir at yarışa qatılmışdı. O at da Rusiyadakı at tövləsindən gətirilmişdi”, “The Times”ın məqaləsində deyilir.

Hazırda separatçıların nəzarət etdiyi Ukraynanın şərqində özlərinin fərqli polisi var, öz məhkəmələri, nazirləri var. Onları işə şəxsi sürücüləri aparır. Separtçıların şəxsi bankları da var. Yəqin ki, qondarma Donetsk Xalq Respublikası tezliklə Rusiya ilə öz arasında da sərhəd də çəkəcək.

DXP-nin aqibəti necə olacaq? Ortada Cənubi Osetiya və Abxaziya nümunəsi var.

Bu yaxınlarda Qərb mütəxəssisləri ilə görüşdə Putin Rusiya ilə Tayqada yaşayan ayı arasında çox kobud müqayisə aparmışdı: “O (ayı) bizdə Tayqanın sahibi hesab olunur. O, öz Tayqasını heç kəsə verməz”.

“Putinə mütləq xatırlatmaq lazımdır ki, Ukrayna suveren ölkədir, ora ayı mağarası deyil”, “The Times” ironiya ilə yazır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.