Gürcüstanda böhran: “Gürcü arzusu” tarixə qovuşur

5-11-2014, 01:58   

Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən istefaya göndərilən müdafiə naziri İrakli Alasaniyanın komandasında olan bütün hökumət üzvlərinin istefası istisna edilimir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri bu gün müdafiə naziri istefaya göndərib. İ.Qaribaşvilinin bu qərarına səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlıdır. Əvvəllər böhranların idarə edilməsi və təhlükəsizlik üzrə hökumət surasının katibi işləmiş Mindiyu Canelidze yeni müdafiə naziri təyin edilib.

Əlavə edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasına rəhbərlik edir. “Mən istisna etmirəm ki, Alasaniyanın partiyasını təmsil edən qalan nazirlər də hökuməti tərk edəcəklər. Çünki onlar bir komandadır. İstefalar da təbii olacaq", - deyə K.Kaladze vurğulayıb.

Alasaniyanın partiyasını təmsil edən nazirlər isə xarici işlər naziri Maya Pandjikidze, ədliyyə naziri Teya Sulukiani və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilidir. Artıq Aleksi Petriaşvili sabiq həmkarla həmrəylik nümayişi olaraq istefaya getmək niyyətinin olduğunu açıqlayıb.

Hazırda əsas məsələ İ.Alasaniyanın partiyasının "Gürcü arzusu” koalisiyanı tərk edib-etməyəcəyidir. Əgər belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.