Psaki: "Rəsmi Vaşinqton Rusiyanın bu addımına görə ehtiyat edir"
Dünya ABŞ NATO-nun Rusiya qoşunlarının Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı verdiyi bəyanatdan narahat olmağa başlayıb.
ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki Rusiya qoşunlarının Ukrayna tərəfə hərəkətə başlamasından narahat olduqlarını bəyan edib.
Psaki bildirib ki, rəsmi Vaşinqton Rusiyanın bu addımına görə ehtiyat edir.
Qeyd edək ki, noyabrın 4-də Ukrayna Xarici İşlər Nazirliyi bildirimişdi ki, Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədinin yaxınlığına cəmlənir. Həmin gün belə bir bəyanatla NATO da çıxış edib.
Rusiya isə bəyan edib ki, qoşunlar ölkə daxilində hərəkət edir və Ukrayna ilə heç bir əlaqəsi yoxdur.
Onu dsa bildirək ki, Ukraynanın şərqində separatçı Donetsk və Luqansk Xalq respublikalarında prezident və parlament seçkiləri keçirilib. ABŞ prezidenti Barak Obama Rusiyaya xəbərdarlıq etmişdi ki, qeyri legitim seçkilərin nəticələrindən asılı olmayaraq Rusiya qoşunları Ukraynaya girməməlidir.