Pakistanda Quranı təhqir etdikləri irəli sürülən xristian ər-arvad yerli sakinlər tərəfindən yandırılıblar.
polis cütlüyün cəsədinin kərpic sexinin sobasında yandırıldıqlarını bildirib.
Şahidlərin sözlərinə görə, polis Şama və Şəhzad adlı şəxsləri xilas etməyə çalışsa da, qəzəbli kütlənin qarşısını ala bilməyib.
Hadisədən sonra Pakistan Daxili İşlər Nazirliyinin rəsmiləri və bir neçə nazir əraziyə yollanıb.