“Beynəlxalq ictimaiyyət Krımın Rusiyaya aid olmasıyla barışmalıdır”.
Axar.az xəbər verir ki, bunu SSRİ-nin ilk və sonuncu prezidenti olmuş Mixail Qorbaçov “La Repubblica” qəzetinə müsahibəsində deyib.
O, Krımın taleyinin hələ SSRİ-nin tənəzzül dövründə həll edilməli olduğunu bildirib:
“Krım məsələsini uzun müddət görməməzlikdən gəlmək olmazdı. Krım səhvi hələ SSRİ-nin tənəzzül dövründə buraxılıb. Məhz o zaman Krımın taleyini birdəfəlik həll etmək lazım idi. Bu bir o qədər asan olmasa da, beynəlxalq ictimaiyyət reallığı qəbul etməli və Krımı Rusiyanın tərkib hissəsi kimi dəyərləndirməlidir”.