Rusiya Federal Antimonopoliya Xidməti “Başneft”, “Rosneft”, və “Lukoyl” şirkətlərinə fond birjasındakı qiymət manipulyasiyasına görə cinayət işi qaldırıb.
bu barədə xidmətin yaydığı hesabatda bildirilib.
“Rusiya Federal Antimonopoliya Xidməti neft məhsulları bazarında apardığı monitorinq zamanı 2014-cü il yanvar-sentyabr ayları ərzində Aİ 92 və Aİ 95 markalı benzinlərin birjadankənar topdansatış qiymətlərində 20 faizlik artım qeydə alıb. Məhz buna görə də birjadaxili topdansatış bazarında Aİ 92 markasının qiyməti 34 faiz, Aİ 95 isə 35 faiz artıb”, - xidmətin məlumatında bildirilib.