Putin Bakıya silah satışının sirrini açdı

5-11-2014, 21:58   


Rusiya sanksiyaların öhdəsindən gələ bilər, hətta öz mövqeyini möhkəmləndirmək gücünə sahibdir".


Axar.az Ria-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.


Putin bu istiqamətdə bir sıra layihələrin hazırlandığını bildirib:


"Rusiya bütün imkanlara malikdir, bu təhdidlərin öhdəsindən gəlmək üçün öz mövqeyini möhkəmləndirməlidir".

Bu ilin oktyabrında Rusiya 9,8 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib. Rusiyanın xarici ölkələrə 15,7 milyard dollar dəyərində hərbi texnika satdığı qeyd edilir.

Putin Rusiyanı bir çox ölkələrlə uzunmüddətli strateji əməkdaşlığın bağladığını, silahlandırılan ölkələrlə də münasibətlərin yeni formalarından istifadə etməyin əhəmiyyətini vurğulayıb.


Rusiyanın hərbi sahədə əsas partnyorları Hindistan (42 faiz), Çin (10 faiz), Azərbaycan (7 faiz), Venesuela və Əlcəzairdir (5 faiz).

Qeyd edək ki, ötən il Rusiya hərbi texnika ixracında rekord həcmdə (49 milyard dollar) gəlir əldə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.