Avstraliyada nadir görünüşü olan bulud görənləri şoka salıb.
ovsunlayıcı görkəmə sahib bulud noyabrın 3-də, Avstraliyanın Viktoriya əyalətində peyda olub.
İlk olaraq bu qəribə formalı bulud Viktoriyanın şərqində olan Gippslənd bölgəsinin səmasında görünüb.
Fəza elmləri ilə məşğul olan mütəxəssislər bu hadisənin "Fallstreak Hole" adı ilə tanındığını bildirib. Onların bildirdiyinə görə, nadir yaşanan bu səma hadisəsi kristallaşan su damcılarının bulud təbəqəsinin altına enməsilə meydana gəlir.