ABŞ-ın Dövlət katibi Con Kerri Rusiyaya seçim etməyi məsləhət görüb.
Axar.az İnterfaks-a istinadən xəbər verir ki, Kerri Rusiyanı hədələyərək Minsk razılaşmasına riayət edilməyəcəyi təqdirdə təzyiqlərin gücləndiriləcəyini bildirib.
Kerri Rusiyanın razılıqlara əməl edəcəyi halda isə sanksiyaların ləğv ediləcəyini xatırladıb.