Mediadan gizli yay aylarında ailə quran rəqqasə-müğənni Sevda Sanəliyeva hər kəsdən gizli saxladığı həyat yoldaşını üzə çıxardı.
sənətçinin nikah mərasimində çəkilən fotolar artıq mətbuata yayılıb.
Sevda Sanəliyeva bu ilin iyun ayında ailə həyatı qurub. O, artıq hamiləliyin beşinci ayındadır.
Qeyd edək ki, S.Sanəliyeva çox rəqqasə kimi tanınıb, sonradan isə müğənnilik həyatına addım atıb. Sənətçi toyunda yaxın dostlarını və sənət yoldaşlarını ətrafına toplayıb.
Paytaxtda yerləşən şadlıq saraylarından birində keçirilən toyda şou biznes nümayəndələri də iştirak ediblər. Rəqqasə-müğənni mediadan gizli şəkildə keçirdiyi toyuna
gəlinlik geyinməkdən də imtina edib. O, mərasimdə sadə ağ libasda və sadə saç düzümündə olub.