28 yaşlı Valeria Lukyanova evinin qabağında hücuma məruz qalıb
Adam Içində "İnsan Barbi" olaraq tanınan ukraynalı qız hücuma məruz qalıb. Valeria Lukyanova Odessada yerləşən evinin yaxınlığında döyülüb.
28 yaşlı canlı Barbi evinə yaxınlaşıb, giriş kapısının kodunu açmaq istəyəndə iki naməlum şəxsin hücumuna məruz qaldığını iddia edib. Nəticədə o üzü və dodaqlarından xəsarət alıb.
Lukyanovanın sözlərinə görə, son iki ildə özünə qarşı təhdid kampaniyası yürüdülüb.
Lakin onun bu iddiası heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri onun növbəti estetik əməliyyat keçirdiyini deyib.
"Ətraf qaranlıq idi. Heç nə demədilər və ancaq vurdular. İndi bir az yaxşıyam. Amma bəzən gecə yarısı qorxulu ağrılarla oyanıram".
Qeyd edək ki, iri gözləri, dodaqları, incə beli ilə gəlinciyə bənzəyən Baleriya sinəsindən başqa heç bir yerinə estetik müdaxilə olmadığını deyir.