Müğənni Röya Ayxan Heydər Əliyev sarayında növbəti solo konsertini vermək niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı dekabrın 19-20-si “Mən sənsiz” adlı konsert proqramı ilə çıxış edəcək. İfaçının prodüseri Kənan Bayramov bildirib ki, Röya gecədə sevilən mahnıları ilə yanaşı, yeni bəstələr də oxuyacaq.