Rusiyanın Moskva və Ryazandakı hərbi nəqliyyat aviasiyası hərbi hazırlıq səviyyəsinə gətirilib.
Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası çıxış edib.
Məlumatda aviasiyanın hərbi hazırlıq səviyyəsinə gətirilməsinin xüsusilə “İl 86” təyyarələrinə aid olduğu deyilib. Məhz bu təyyarələr vasitəsilə Rusiyanın Ukrayna sərhədinə qoşun və hərbi texnika daşıdığı bildirilib.