Bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyasında yanğın baş verib.
Belə ki, Həzi Aslanov istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda kiçik yanğın hadisəsi olub. Qara Qarayev metrostansiyasında qatarı saxlayaraq, sərnişinləri vaqonlardan kənarlaşdırıblar.
Hər kəs həyəcanla nə baş verdiyini öyrənməyə çalışıb. Məlum olub ki, qatarın sonuncu vaqonunun alt hissəsində naməlum səbəblərdən yanğın baş verib.
Hadisə zamanı baş verənləri öz mobil telefonu ilə qeydə alan sərnişinlərdən biri həmin videonu musavat.com-a göndərib.
Təqdim edəcəyimiz videogörüntülərdən məlum olur ki, maşinistlərdən biri yanğınsöndürmə balonları ilə alovu söndürməyə çalışır. Bir müddət sonra baş vermiş qəza aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.[media=http://www.youtube.com/watch?v=PDjCraoFSp8]