Ermənistan hökumətinin tərkibində dəyişiliklər gözlənilir.
bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib. O, ölkəsinin Fövqəladə Hallar Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin birləşdiriləcəyini deyib. Erməni nazir əlavə edib ki, qeyd olunan bu iki nazirlik eyni funksiyanı həyata keçirə bilər. Məhz buna görə də qeyd olunan nazirliklərin birləşdirilməsi zəruri hesab edilib.
Nazir dövlət qurumlarının iş fəaliyyətindən də ciddi narazılıq edib. Baş nazirin sözlərinə görə, yaxın vaxtlarda, Ermənistan hökumətində struktur dəyişiklikləri də baş verəcək.
Qeyd edək ki, son zamanlar Ermənistanda bir sıra sahələrdə ixtisarlar həyata keçirilib, çoxlu sayda iş yerləri bağlanıb.