Alçaqlıqdır, vəhşilikdir

6-11-2014, 20:24   
Alçaqlıqdır, vəhşilikdir
"Məscidi-Əqsada olanlara bizim səssiz qalmamız mümkün deyil"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Məscidi-Əqsaya basqın etməsinə sərt münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan İsrailin bu addımını alçaqlıq və vəhşilik adlandırıb: "Məscidi-i Əqsa bizim üçün iki qiblədən biridir. Yalnız ərəbləri deyil, bütün müsəlmanları maraqlandıran bir şeydir. Bu vəhşi və alçaqca cəhd bağışlanıla bilməz, bizim səssiz qalmamız mümkün deyil".

Türkmənistan səfəri öncəsi maraqlı açıqlamalar verən Ərdoğan deyib ki, 36-cı paraleldə (İraq və Suriya) baş verənləri fonunda Məscidi-i Əqsa hadisəsini diqqətdən qaçırmaq olmaz: "Burada bir planlaşdırma var, strateji yanaşma var. Üzərində həssaslıqla dayanılmalıdır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.