Fransa Əlcəzair, Tunis, Mərakeşin taleyində həlledici rol oynadığı kimi, Ukrayna da Polşadan kənar tutulmamalıdır.
Axar.az Viborça qəzetinə istinadən xəbər verir ki, bu açıqlama ilə Polşanın Xarici İşlər naziri Qjeqoj Sxetına çıxış edib.
O, Milanda Ukraynanın taleyi ilə bağlı görüşdə heç bir uğurlu nəticə əldə edilmədiyini bildirib. Sxetına Ukraynada sabitliyin yalnız Polşanın iştirakı ilə baş tutacağını deyib:
“Ukraynanı Polşasız müzakirə etmək Liviya, Əlcəzair, Tunis, Mərakeşin taleyini İtaliya, Fransa, İspaniyasız həll etməyə bənzəyir”.