Tiflis böhranı hansı gizli razılığa görə başladı? – Özəl

7-11-2014, 09:17   
Tiflis böhranı hansı gizli razılığa görə başladı? – Özəl


“Uels Sammiti zamanı Gürcüstanın keçmiş Müdafiə naziri Alasaniya ölkəsinin üzərinə götürmüş olduğu bütün öhdəlikləri tez bir zamanda yerinə yetirəcəyini açıq şəkildə söyləmiş və bununla bağlı bir neçə gizli sənəd imzalanmışdı”.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun sədri Fərrux Məmmədov deyib.

O, Gürcüstanın yavaş-yavaş Rusiya ilə yaxınlaşdığını bildirib:

“Gürcüstanın NATO ilə tam şəkildə yaxınlaşması və NATO xətti ilə Türkiyə, Gürcüstan, Azərbaycan müdafiə nazirlərinin bir sıra önəmli sənədlər imzalaması Tiflisdə siyasi böhrana səbəb oldu. Hələ Uels Sammiti zamanı Gürcüstanın keçmiş Müdafiə naziri Alasaniya ölkəsinin üzərinə götürmüş olduğu bütün öhdəlikləri tez bir zamanda yerinə yetirəcəyini açıq şəkildə söyləmiş və bununla bağlı bir neçə gizli sənəd imzalanmışdı. Buraya NATO logistik bazası, yüksək hərbi kadrların hazırlanması, region üçün hərbi akademiyanın açılması və s. daxil idi. Təbii ki, Gürcüstan hakimiyyətində Moskvaya bağlı şəxslər var və rəsmi Moskva NATO-ya aid nələrinsə Gürcüstan, ümumiyyətlə, Cənubi Qafqazda olmasını istəmir. Hətta Moskva ilə Tiflis arasında gizli danışıqlar da aparılır. Əldə etdiyimiz məlumata görə, Rusiya Tiflisdən NATO və Avropa Birliyi ilə aparılan danışıqları minimuma endirməyi, bunun fonunda isə Rusiya Prezidenti Vladimir Putinin Tiflisə və Gürcüstan Prezidentinin Moskvaya səfərini təşkil etməyi üzərinə götürüb. Bu danışıqlardan xəbər tutan bəzi rəsmi şəxslər bunu Gürcüstan dövlətinə və dövlətçiliyinə xəyanət kimi qəbul edərək bu gün etiraz olaraq istefaya gedirlər. Düşünürəm ki, bu proses davam edəcək. Lakin Gürcüstan hökuməti bir şeyi unutmamalıdır ki, gürcülərin Rusiyaya qarşı sevgisi heç zaman bərpa olmayacaq. 2008-ci il hadisələrindən sonra bu nifrət daha da böyüdü. Ona görə bugünkü hökumət hələ yavaş-yavaş Rusiyaya tərəf addımlayır. Buna misal olaraq Rusiyanın dövlət aviaşirkəti olan “Aeroflot”un Moskva-Tiflis xəttini bərpa etməsini deyə bilərik. Görünür, Cənubi Qafqaz bir ay öncə qeyd etdiyimiz yeni siyasi proseslərə doğru gedir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.