Erməni mediası Leyla Yunusun müdafiəsinə qalxdı

30-04-2014, 15:40   
Erməni mediası Leyla Yunusun müdafiəsinə qalxdı
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun Bakı Hava Limanında saxlanılması, Baş Prokurorluqda dindirilməsi, evində və ofisində axtarışlar aparılması, eləcə də bunlarla bağlı digər məqamlar tək Azərbaycan KİV-lərinin deyil, Ermənistan mediasının da əsas mövzusu olaraq qalır.

Özü də erməni KİV-ləri “Azərbaycanda repressiya qurbanı olmuş” Leyla Yunusun müdafiəsi ilə bağlı əməlli-başlı kampaniyaya başlayıblar.

“Novosti Armenii”, “Panarmenian”, “Panorama”, “Erkramas”, “Epress.am” və digər aparıcı erməni nəşrlərinin başlıca mövzusu məhz “Leyla Yunusa qarşı repressiya” ya həsr olunub.

Onlar Leyla Yunusu erməni və Azərbaycan xalqları arasında körpü yaratmaq istəyən, Azərbaycanda ermənidən düşmən obrazı yaradılmasına qarşı mübarizə aparan fədai kimi təqdim edirlər. Çoxsaylı məqalə və müsahibələrdə göstərilir ki, guya Leyla Yunus Azərbaycan rəhbərliyinin apardığı militarist siyasətin qurbanıdır.

Erməni mediası Leyla Yunusla Əkrəm Əylisli arasında paralellər də aparırlar. Vurğulanır ki, onların hər ikisi “öz vətəndaş mövqelərinə görə əzab çəkmək məcburiyyətində qalıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.