“
Putin Ukraynayanın NATO-ya daxil olmasına “yox”, Avropa Birliyinə isə “hə” demişdi”
“Cümə günü Brussel günəşli və isti idi. Belə günlər Belçikanın paytaxtında oktyabrda nadir hallarda olur. Havanın xoş olmasına baxmayaraq, Joze Manuel Barrozu çox yorğun görünürdü”, “The Financial Times” qəzetinin yazarı Piter Şpiqel yazır. Qəzet bildirir ki, Avropa Komissiyasının sədrinin bu vəzifədə son gününü izləmək üçün onlara eksklüziv imkan yaradılmışdı.
“Avropa Komissiyasını sədrinin əvvəlki gecə işi az qala səhərə qədər davam etmişdi. O, Moskva ilə Kiyev arasında vasitəçi olmuşdu. Sonda anlaşdılar da. Bu qış Rusiya Ukraynaya qaz göndərəcək. Bax elə buna görə də o, yorğun görünürdü. Tərslikdən bu səhər onun mədəsi də ağrıyırdı”, qəzet yazır.
“Dünən mən heç nə yeməmişəm-cənab Barrozu şikayətlənib. – Rus nümayəndə heyəti ilə görüşməliyəm. Görən bizimkilər onlara yeməyə nə hazırlayıb”?
Avropa Komissiyasının yaranmasından 60 ildən artıq vaxt ötür. Bu orqan Avropa Birliyində rəhbərliyini öz üzərinə götürüb. Və son 10 ildə bu orqana Joze Manuel Barrozunun rəhbərlik etməsi bu təşkilatın tarixində olduqca gərgin və maraqlı məqamlarla yadda qalıb: “Joze Manuel Barrozu sadəcə Avropa Birliyi hökumətinə başçılıq etmədi, o həm də “Şərq tərəfdaşlığı” layihəsinin müəllif oldu. Həmin proqramla keçmiş sovet ölkələrinə yardım edildi, sonda da Ukrayna böhranı ortaya çıxdı”.
“The Financial Times” Joze Manuel Barrozudan soruşub ki, Avropa Birliyinin Ukrayna ilə assosiativ müqavilə imzalaması “Vaşiqtonda bəziləri tərəfindən Putinin provokasiyası kimi xarakterizə edilib”. Bu qeydə yüksək vəzifədən getməkdə olan portuqaliyalı siyasətçi emosional cavab verib.
“Biz bütün risk məqamlarını göz altına almışdıq. Mən bir neçə dəfə Putinlə söhbət etdim. O, mənə dedi ki, Gömrük İttifaqı və Avrasiya İttifaqı mənim üçün çox önəmlidir. Bu İttifaqlarda isə o, Ukraynaya xüsusi önəm verirmiş. Biz nə etməliydik? Bəlkə biz deməliydik ki, “Yaxşı, Vladimir, Ukrayna sənin olsun. Onunla nə istəyirsən et”. Bu, tamamilə qəbul edilməzdir”.
Qəzet qeyd edir ki, Joze Manuel Barrozu Mərkəzi və Şərqi Avropada demokratiyanın möhkəmlənməsi üçün ağlasığmaz işlər görüb. O, hələ gənclik illərində Portiqaliyada diktaturaya qarşı amansız mübarizədə olmuşdu.
Avropa Komissiyasının sədri kimi Joze Manuel Barrozu Putinlə 24 dəfədən artıq görüşüb. O, xüsusən birinci görüşü yaxşı xatırlayır. Həmin görüş zamanı şam yeməyi ediblər. Görüş isə 4 saat davam edib. Moskvada Putinin qəsrindəki görüşdə maraqlı məqamlar olub. Məsələn, həmin görüşdə Putin Avropa Birliyini və Rusiyanı xristian millətlərinin iki komandası adlandırıb. Və bu xristian millətlərini beynəlxalq terror hədələyir. Qəzet Joze Manuel Barrozunun aşağıdakı fikirlərinə yer verir: “Onun mənə ilk müraciətində dediyi bu oldu ki, baxın görün biz nə qədər çoxuq. Putin “biz” deyəndə xristianları nəzərdə tuturdu. Yəni, Putin özünü xristian kimi dəyərləndirir. Təbii ki, avropalı hesab edir. Bu müsəlman dünyası və ya Çindən uzaq olmaq anlamını verir. Ona görə də mən Putinin Avropaya müxalif olması fikri ilə razılaşmıram”.
Joze Manuel Barrozu Rusiya liderinin arqumentlərini anladığını bildirir: “Ancaq bu heç də o demək deyil ki, biz həmin arqumentləri özümüz üçün keçərli sayırıq. Putin oyun qaydalarını üçüncü dəfə prezident seçildikdən sonra dəyişdi. Putin dəyişdi, onunla birlikdə Rusiya da dəyişdi. Rusiya Ukraynanın NATO-ya daxil olmasına etiraz edirdi. Putin mənə bir neçə dəfə bu barədə demişdi. Ukraynanın Avropa Birliyinə üzv olmasına isə onun etirazı yox idi. Bu barədə də özü ilə danışmışdım”.
Ancaq Joze Manuel Barrozu onu da etiraf edib ki, Avropa Komissiyasının sədri kimi gördüyü bəzi işlərdə yanlışlığa yol verib, səhvləri də olub.
“Putin Ukraynayanın NATO-ya daxil olmasına “yox”, Avropa Birliyinə isə “hə” demişdi”