Namiq Aygünlə videosundan danışdı: “…Münasibətimiz düzəlib”

7-11-2014, 12:45   





Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə birlikdə yayılan videosundan danışıb.

“Səs verməyin” verilişinin qonağı olan sənətçi aparıcının “Aygün Kazımova və Namiq Qaraçuxurlu söhbəti hələ də gündəmdədir. İnsanlar ayrılma səbəbinizi bilmək istəyir. Amma mən o haqda soruşmayacam. Bu yaxınlarda birlikdə duet oxuduğunuz yerdə videonuz yayılıb. Deyirlər, duetdən sonra Aygünlə Namiq səhnədə bir-birinə nəsə deyib, ilıq münasibətlər yaranıb. Tamaşaçılarda şübhə oyanıb ki, yenidən elektriklənmə olub. Köhnə münasibətiniz indi nə yerdədir” sualına belə cavab verib:
“Aygün xanımla aramızda əvvəl soyuqluq var idi. Amma sonradan münasibətimiz düzəlib, həmişə yaxşı olub. Bir dəfə Aygün xanıma dedim ki, bir-birimizin haqqında danışmayaq. Həmin gündən hər ikimiz münasibətimizlə bağlı suallara cavab vermirik. Tamaşaçı da elə bilir ki, küsülüyük. Aygündən halallıq almışam. Bu yaxınlarda tədbirlərin birində olduq. Həmin video da orada çəkilib, yayılıb. Həmişəki halımızdır. Dostuq, münasibətimiz indi də yaxşıdır. Biz yaradıcı insanıq, işimizlə məşğuluq. Münasibət bir yana, iş bir yana”.

Qeyd edək ki, Moskvada toy məclisində çəkilən videonu A.Kazımova İnstaqram səhifəsində paylaşıb.
[media=http://www.youtube.com/watch?v=jyqBtpxkUuQ]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.