“Bakı Şəhər İcra Hakimiyyəti bizimlə oyun oynayıb”.
bu sözləri Milli Şura Korrdinasiya Mərkəzinin üzvü Fuad Qəhrəmanlı bildirib.
F.Qəhrəmanlı qeyd edib ki, noyabrın 5-də İcra Hakimiyyətindən Zaur Ramazanov ona zəng edib soruşub ki, sizin mitinqlə bağlı 9,10 və 16 noyabr tarixləri ilə bağlı müraciətiniz var, bunlardan hansı əsasdır: “Mən də bildirdim ki, biz aksiyanı 10 noyabrda keçirmək istəyirik və siz 10-u ilə bağlı qərar verin.
Dünən isə Zaur Ramazanov yenidən zəng edib bildirdi ki, cavab hazırdır və gəlib məktubu götürün. Mən ona bildirdim ki, mətbuat məndən soruşur, ona görə ayın 10-u ilə bağlı müraciətimizə necə cavab verildiyini əvvəldən deyə bilərsinizmi?
Zaur bəy də bildirdi ki,cavab müsbətdir. Biz də bunun əsasında mətbuata məlumat bildirdik. Bu gün bəlli olur ki, əslində məndən "hansı tarix sizin üçün əsasdır?" soruşmaqda məqsəd bizim hazırlıq kampaniyasını pozmaq üçünmüş. Çünki bu gün Zaur Ramazanov mənə zəng edib bildirdi ki, biz razılığı ayın 10-a deyil, 9-na vermişik”.
Qeyd edək ki, Milli Şuranın mitinqi noyabrın 10-da saat 15-də “Məhsul” stadionunda keçirəcəyi haqda məlumat verilmişdi.