Peskov: "DXR, LXR və Ukrayna prezidentləri ilə görüş planlaşdırmır"
Dünya "Vladimir Putin özünü "dövlət" elan etmiş Donetsk və Luqansk Xalq respublikalarının seçilmiş rəhbərləri ilə yaxın gələcəkdə görüş planlaşdırmır."
ANS PRESS Rusiya mətbuatına istinadla məlumat verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, həmçinin Ukrayna prezidenti Pyotr Poroşenko ilə də yaxın planda görüş nəzərdə tutulmayıb.
Xatırladaq ki, noyabrın 2-də DNR-da və LNR-da "prezident və Xalq Məsləhəti şuraları"na seçkilər keçirilib. Nəticələrə görə, DNR-də keçmiş "baş nazir" Aleksandr Zaxarçenko, LNR-də isə İqor Plotniçko qələbə qazanıblar. Ukrayna və Qərb bu seçkiləri tanımadığını və Minsk razılaşmasına zidd olduğunu bildirib.